Əsassız həbs edilən Osman Kavaladan filmə etiraz – Qalmaqallı həbs edilən adam…

  • By arzu
  • 20 İyun 2023 17:03

Türkiyədə Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq, 6 ildir ki,  həbsdə saxlanan Osman Kavala TRT-də yayımlanan “Metamorfoz” serialı ilə bağlı açıalqma verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər veri ki, həbsxanada olan iş adamı məhkəmələri davam edərkən açıqlamasında “Sui-qəsd nəzəriyyələri ilə suçlu olduğum görüntüsü yaratmaq hədəflənir”, deyib.

HTML tutorial

Kavalanın həyat yoldaşı Ayşə Buğra öz çıxışında “Qaralama kampaniyasının bir parçasıdır”, – deyə söyləyib.

Film Kavalanı AK Partiyanın baxışından anladır.

Filmdə baş rolda oynayan Cn Nergis Osman Kavalaya çox bənzəyir. Film başlanğıcdan sonadək Kavalanın həyat hekayəsinin təktərəfli yayımlamasına baxmayaraq, “Gerçək bir adam və qurumlarla heç bir əlaqəsi yoxdur”, şəklində bir cümlə yer almamaqdadır.

Kavala açıqlamasında bunları söyləyib:

“Mənimlə bağlı hazırlanmış bir ssenarinin TRT tərəfindən maliyyələşdirildiyini, serial olaraq yayımlandığını öyrəndim. Adım açıqca işlədilməsə də, adamın etibarını qoruyan qanunlardan hiylə ilə qaçılıb. İctimai qaynaqların bu məqsəd üçün işlədilməsi məni təəccübləndirmədi. Məni çaşqınlığa uğradan gənc sənətçinin bir etibar sui-qəsdiində yer almaqdan narahat olmamasıdır”.

 

Arzu

Gununsesi.info