
Rusiyanın Tambov vilayətində barıt zavodunun binasında partlayış baş verib.
Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, hadisə zamanı 5 nəfər həlak olub, daha 12 nəfər isə yaralanıb.
Partlayış nəticəsində 1 kvadrat metr ərazidə yanğın qeydə alınıb. Yanğının qarşısı alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.