Şuşanın əldən çıxması müharibənin dönüş nöqtəsi oldu - Paşinyan

“Şuşanın əldən çıxması dönüş nöqtəsi oldu”.

Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib.

HTML tutorial

“Burada önəmli olan Şuşanın təkcə simvolik əhəmiyyəti yox, həm də strateji əhəmiyyəti idi”, – o əlavə edib.

Paşinyan üçtərəfli bəyanatı niyə imzaladığını bununla əsaslandırıb.

“Şuşadan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaq, ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə alınacaqdı”, – baş nazir izah edib.

O qeyd edib ki, üçtərəfli bəyanat müharibəni dayandırmaq üçün sayca 5-ci cəhd olub.

Gununsesi.info