
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutyeres İsrailə çağırış edib.
Gununsesi.info xarici mətbuata istiadən xəbər verir ki, BMT rəsmisi təcili şəkildə İsraili bütün məskunlaşma işlərini dayandırmağa və ləğv etməyə səsləyib.
Dünyanın ali qurumunun başçısı İsrailin bu cür addımlarının iki dövlətli, ədalətli və qalıcı barışığa əngəl olduğunu bildirib.
Qutyeres İsrailin Fələstin xalqının təbii qaynaqlarını qəsb etdiyini vurğulayıb.
Xatırladaq ki, İsrailin İctimai Yayım Qurumu (KAN) hökumətin həftəlik kabinet toplantısında yeni məskunlaşma yerlərinin inşa edilməsi üçün gərəkli icazələri alma müddətini “önəmli ölçüdə qısaldan” bir qərarı təsdiqləyəcəyini yazmışdı.
İşğal altındakı Qərbi Şəriə və Şərqi Qüdsdə 700 min yəhudi məskun yaşayır. Ölkələrarası hüquqa görə, Qərbi Şəriə və Şərqi Qüdsdəki yəhudi məskunlaşmaları qanunsus sayılır.
Tərcümə: Arzu