DİN Gədəbəydəki qarşıdurma ilə bağlı açıqlama yaydı - VİDEO

Gədəbəyin Söyüdlü kəndində polisin yerli kənd sakinlərinə qarşı zorakı davranışı ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyi həmin görüntülərə baxmayaraq zorakılıq haqqında hər hansı bir açıqlama verməyib.

Gununsesi.info-nun xəbərinə görə, Nazirliyin olayla bağlı açıqlamasında deyilir:

HTML tutorial

 “Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib. Polis əməkdaşları tərəfindən qaydalara əməl etməyən şəxslərlə profilaktiki iş aparılmaqla onlar ərazidən kənarlaşdırılıb”.

Araşdırma aparılır.

Gununsesi.info