İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

  • By ilhame
  • 28 Aprel 2024 11:39

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzrə İstintaq Komitəsinin Şərq Regionlararası İdarəsindən bildirilib.

“<…> İrtış çayının akvatoriyasında göyərtəsində iki sərnişin olan motorlu qayığın sürücüsü gəmilərin durmasını təmin edən üzən konstruksiya ilə toqquşmaya yol açıb. Nəticədə gəminin sürücüsü və bir sərnişini ölüb”, – məlumatda deyilib.

Xilasedicilər gəminin ikinci sərnişininin yerini müəyyənləşdirirlər.

Gununsesi.info