Bakıda avtomobil yanır, yolda tıxac yaranıb

  • By ilhame
  • 27 Aprel 2024 21:20

Bakıda metronun “20 Yanvar” stansiyası yaxınlığında avtomobil yanır.

Gununsesi.info xəbər verir ki, avtomobilin söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Hadisə nəticəsində Moskva prospektində ciddi tıxac yaranıb.

Hazırda yanğının tam söndürülməsi üçün iş aparılır.

Gununsesi.info