Bakı metrosunda sərnişin öldü

  • By ilhame
  • 27 Aprel 2024 20:31

Bakı metrosunun “Memar Əcəmi” stansiyasının keçidində 65 yaşlarında qadın vəfat edib.

Bununla bağlı Gununsesi.info-ya “Bakı Metropoliteni” QSC-dən  məlumat verilib.

Qeyd edilib ki, sərnişin epilepsiya tutmasından ölüb.

Çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.

Gununsesi.info