
Milli Məclisdə Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsi təklif edilib.
Gununsesi.info xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa çıxış edib.
“Azərbaycanın görkəmli sənatkarı Yusif Vəzir Çəmənzəminlinin nəşi Rusiyada dəfn edilib. Hazırda Rusiya ilə əlaqələrimiz də qaydasındadır. Təklif edirəm ki, onun nəşinin gətirilib Şuşada dəfn edək”,- deyə o bildirib.