Mələkxanım Eyubova və Ramala ağır itki - Foto

Xalq artist Mələkxanım Eyubovanın qardaşı, müğənni Ramal İsrafilovun xanəndə atası Əliyaqub İsrafilov vəfat edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Mələkxanım Eyubova sosial şəbəkədə paylaşım edib:

 

“Böyük kədər hissi ilə bildirirəm ki, bu gün mən ata əvəzi, böyük qardaşım, elimizin, obamızın tanınmış xanəndəsi Əliyaqubu itirdim. Allah rəhmət eləsin. Torpağı nurla dolsun”.