
Dekabrın 23-ü Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü istifadəyə verilib.
Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, ikiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir.
Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçay üzərində yerləşən körpü sel sularının təsiri nəticəsində cari ilin sentyabr ayında dağılıb.
Körpü istifadəyə verildikdən sonra da mühafizə bəndlərinin və istinad divarlarının tikintisi davam edəcək.
Qeyd edək ki, üç ay əvvəl sel sularının təsiri ilə körpü uçmuş, avtomobil çaya düşmüş və bir neçə nəfər xəsarət almışdı.



