
Gələn il Milli Məclisin və onun aparatının xərclər smetası 51 171 550 manat olacaq.
Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Qanun layihəsinə görə, əməyin ödənişinə 38 248 130 manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 10 733 420 manat, sosial ödənişlərə 340 000 manat, qeyri-maliyyə aktivlərinə 1 850 000 manat ayrılması nəzərdə tutulur.
Malların (işlərin və xidmətlərin) satın alınması bölməsində xarici ezamiyyələr üçün xərcin məbləği 2 100 000 manat proqnozlaşdırılır.
Gununsesi.info