
İki silahlı pilotsuz uçuş aparatı ABŞ hərbçilərinin yerləşdiyi İraqın Ayn əl-Əsəd aviabazasına hücum edib.
Gununsesi.info xəbər verir ki, hücumda ölənlər və dağıntı olmadığı bildirilib.
Fələstin-İsrail müharibəsi Yaxın Şərqdə gərginliyin artmasına səbəb olsa da, ABŞ-ın bölgədəki bazaları son zamanlar təkrar hücumların hədəfinə çevrilib. ABŞ-ın İraq və Suriyadakı bazaları bu ay ərzində 23 dəfə pilotsuz təyyarələr və raketlərlə hücuma məruz qalıb.
Pentaqon daha əvvəl hücumlar zamanı 21 amerikalı əməkdaşının yüngül xəsarət aldığını və yalançı xəbərdarlıq zamanı bir müqaviləli əməkdaşın infarktdan öldüyünü açıqlayıb.
ABŞ administrasiyası hücumlara görə İranın dəstəklədiyi qüvvələri məsul tutsa da, ABŞ döyüş təyyarələri keçən həftə Suriyada İranla əlaqəli olduğu deyilən bölgələrə hava hücumları həyata keçirib.
Gununsesi.info