MEDİA jurnalistlər üçün təlim keçirib

 Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Media subyektləri və jurnalistlərin sosial platformalarda peşəkar fəaliyyətinin qurulması” mövzusunda iki günlük təlim keçirilib.

Gununsesi.info xəbər verir ki,  təlimdə müxtəlif media qurumlarında çalışan 20-dən artıq jurnalist iştirak edib.

Təlimin birinci hissəsində Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Jurnalistlərin sosial şəbəkələrdə fəaliyyəti və redakisya məsuliyyəti” mövzusunda mühazirə ilə çıxış edib.

Təlimin ikinci hissəsində isə türkiyəli telejurnalist Ezgi Aşık “Sosial media və jurnalist”, “Jurnalistin etik yanaşması” mövzularında çıxış edib.

Sosial medianın imkanlarından effektiv şəkildə yararlanmaq, dezinformasiyaların qarşısını almaq, operativliyi artırmaq üçün əhəmiyyətli müzakirələr aparılıb.

Təlimin sonunda jurnalistlərə sertifikatlar təqdim olunub.

 

 

 

Şəbnəm

Gununsesi.info