
ABŞ Müdafiə Nazirliyi Yaponiyada Xirosimaya atılan atom bombasından 24 dəfə güclü olan yeni nüvə bombası hazırladığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bir çox qitələrdə siyasi gərginliyin pik həddə olduğu bir vaxtda ABŞ Müdafiə Nazirliyi dünya gündəminə bomba kimi düşən bir açıqlama yayıb.
ABŞ 6 avqust 1945-ci ildə İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın Xirosima şəhərinə atılan atom bombasından 24 dəfə güclü olan B61-13 adlı yeni nüvə bombası hazırladıqlarını açıqlayıb.
Müdafiə Nazirliyindən verilən açıqlamada Pentaqonun Konqresin təsdiqini gözlədiyi və yeni nüvə bombası üçün maliyyə axtardığı açıqlanıb.
Açıqlamada B61-13-ün hazırda ABŞ Hərbi Dəniz Qüvvələrində olan B-61 nüvə cazibə bombasının təkmilləşdirilmiş versiyası olacağı qeyd edilib.
Müdafiə nazirinin aerokosmos siyasəti üzrə köməkçisi Con Plamb bildirib ki, yeni bomba “dəyişən təhlükəsizlik mühitinə və Birləşmiş Ştatların potensial düşmənlərinin artan təhdidlərinə cavab olaraq” hazırlanıb.
“Birləşmiş Ştatların etibarlı şəkildə qarşısını almaq və lazım gələrsə, strateji hücumlara cavab vermək və müttəfiqlərimizi əmin etmək üçün ehtiyac duyduğumuz imkanları qiymətləndirməyə və tətbiq etməyə davam etmək məsuliyyəti var”, – deyə Plamb bildirib.
B61-13 adlı yeni nüvə bombasının yük daşıma qabiliyyətinin 360 kiloton olacağı qeyd edilərkən, onun Xirosimaya atılan bombadan təqribən 345 kiloton, Naqasakiyə atılan bombadan isə 335 kiloton çox faydalı yükə sahib olduğu ifadə edilib.
Yeni bomba müasir təhlükəsizlik, etibarlılıq və dəqiqlik xüsusiyyətlərini özündə birləşdirəcək və müasir təyyarələr tərəfindən daşına bilər.
Digər tərəfdən ABŞ-ın hazırkı nüvə ehtiyatlarında olan B61-7-lərin bir qismini əvəz edəcək yeni bombanın ABŞ-ın nüvə ehtiyatlarını artırmayacağı qeyd edilib.
Gununsesi.info