Yaponiyada şiddətli zəlzələ – Sunami təhlükəsi xəbərdarlığı edildi

Yaponiyanın şərqindəki Torişima adasının sahillərində yerli vaxtla saat 11:00-da 6,6 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yeraltı təkanlar Sakit Okeanın Torişima adasının sahillərində olub.

Yerli vaxtla saat 11:00-da və 10 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə sunami xəbərdarlığı edilib.

JMA Torishima adasının yerləşdiyi İzu arxipelaqı üçün 1 metr hündürlükdə sunami xəbərdarlığı edib.

Yerli vaxtla saat 11.10-da verilən xəbərdarlığa əsasən, sunami dalğalarının saat 11.30-da İzu arxipelaqına, 11.50 radələrində isə Hachijooci adalarına çatacağı gözlənilir.

Arxipelaq inzibati cəhətdən Tokio ilə bağlıdır və paytaxtın cənubunda yerləşir.

Səid Əhmədli
Gununsesi.info