Avropa Məhkəməsi Azərbaycanda əsirlikdə qalan erməninin şikayətinə baxıb

Avropa İnsan Hüquqları Məhkəməsi “Qazaryan və Bayramyan Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

Məhkəmədən Gununsesi.info-ya göndərilən qərarda bildirilir ki, ərizəçilər 1959 və 1958-ci il təvəllüdlü Armen Qazaryan və Astqik Bayramyandır.

Onlar Azərbaycanla sərhəddən bir neçə kilometr aralıda Ermənistanın Berdavan kəndində yaşayırlar.

İş 2018-ci ilin iyulunda Azərbaycanda həbs edilmiş ərizəçilərin 39 yaşlı oğluna aiddir. Berdavan yaxınlığında valideynləri ilə birlikdə yaşayıb.

Bundan sonra Azərbaycan məhkəmələri onu təxribat və terror aktları törətmək üçün sui-qəsddə təqsirli bilib və 20 il cəzaya məhkum edib. O, 2020-ci ilin dekabrında mübadilə çərçivəsində Ermənistana qaytarılıb.

Ərizəçilər xüsusilə 3-cü maddəyə (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) və
Avropa Konvensiyasının 5-ci maddəsi (təhlükəsizlik və azadlıq hüququ) şikayət edib.

Məhkəmə araşdırması zamanı Konvensiyanın bir neçə maddəsinin pozuntusu tanınmaqla, Azərbaycanın ərizəçiyə 10 min avro təzminat ödəməsi qərara alınıb.

 

 

Tərcümə:

Şəbnəm