Yaponiyada güclü zəlzələ baş verdi

  • By Günel
  • 17 Noyabr 2024 18:18

Yaponiyanın cənub sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, Cənubi Çin dənizindəki Osima adasının şimal-şərq sahillərində qeydə alınan zəlzələnin episentri yerin 10 km dərinliyində yerləşib.

Ərazidə sunami təhlükəsi elan olunmayıb.

Gununsesi.info