Ucarda sanitariya-gigiyena qaydalarını pozan şəxslər barəsində tədbir görülüb

  • By Günel
  • 17 Noyabr 2024 12:28

Ucarda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Daxili İşlər Nazirliyindən Gununsesi.info -ya verilən məlumata görə, yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.

Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Gununsesi.info