Göygöldə qəza olub, iki qardaş xəsarət alıb

  • By Günel
  • 17 Noyabr 2024 14:20

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Bakı-Qazax yolunun rayonun Balçılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı iki qardaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar 1990-cı il təvəllüdlü S.Quliyev və onun qardaşı 1989-cu il təvəllüdlü N.Quliyevdir. Başqa bir sərnişin 1999-cu il təvəllüdlü B.Baratlı da yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info