Siyəzəndə iki avtomobil toqquşub, ölən var

  • By Günel
  • 16 Noyabr 2024 22:01

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, rayonun Yenikənd kəndində 1985-ci il təvəllüdlü Anar Fətulla oğlu Teymurovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Yasər Aris oğlu Bağırovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Nəticədə A.Teymurov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktıla bağlı araşdırma aparılır.

Gununsesi.info