Laporta Heydər Əliyevin məzarını ziyarət etdi

  • By Günel
  • 17 Noyabr 2024 16:41

İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, 62 yaşlı funksioner abidənin önünə əklil və gül dəstələri qoyub.

Ulu Öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Qeyd edək ki, Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə dünən Azərbaycana gəlib.

Gununsesi.info