Bu gündən altı marşrut xəttinin fəaliyyəti bərpa olundu

Bu gündən etibarən 6 müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti bərpa edilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.

Bildirilib ki, noyabrın 18-dən 2, 6, 24, 46, 4 və 10 nömrəli xətt üzrə marşrutların hərəkət sxemləri bərpa olunub.

Qeyd olunub ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

 

 

Gununsesi.info