Bakıda kafedə yanğın hadisəsi baş verib

  • By Günel
  • 16 Noyabr 2024 23:14

Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Şəfayət Mehdiyev küçəsində yerləşən kafedə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info