YAP qurultaya gedir - ÖZƏL

  • By admin
  • 13 Fevral 2026 14:33

Gələn ay Yeni Azərbaycan Partiyasının növbəti qurultayı keçiriləcək. 

Bu barədə Gununsesi.info-ya hakim partiyadakı mənbələr bildirib.

Məlumata görə, YAP-ın qurultayında partiyanın İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibində ciddi dəyişiklik olacaq.

Bildirilir ki, YAP-ın ötən qurultayından keçən 5 il ərzində partiyanın fəaliyyətində ciddi dönüş olmayıb.

Buna səbəb isə YAP İdarə Heyətində təmsil olunan şəxslərin böyük əksəriyyətinin ölkənin ictimai-siyasi həyatına nabələd şəxslərin olmasıdır.

“Ona görə də YAP -ın rəhbər heyətində ciddi keyfiyyət dəyişikliyinin olması labüddur” deyə mənbəmiz əlavə edib.

 

Afət Abbasova

Gununsesi.info