Rutte Makronun Rusiya ilə əlaqələri bərpa etmək ideyasını dəstəkləyib

  • By Admin2
  • 12 Fevral 2026 18:53

NATO-nun baş katibi Mark Rutte Fransa prezidenti Emmanuel Makronun müttəfiqlərin açıq qalması şərti ilə Rusiya ilə əlaqələri bərpa etmək ideyasını dəstəkləyib.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

“Unutmamalıyıq ki, ABŞ Rusiya ilə münasibətlərdəki çıxılmaz vəziyyətdən çıxmağa kömək etdi. Amma təbii ki, Avropanın burada nə edə biləcəyi ilə bağlı müzakirələr aparılır. Və düşünürəm ki, avropalılar da iştirak edərsə, belə bir müzakirənin aparılması tamamilə normaldır”, – Rutte bildirib.

Qeyd edək ki, Makron əvvəllər Avropanın Rusiya lideri Vladimir Putinlə dialoqu bərpa etməsindən faydalana biləcəyini bildirmişdi.

Gununsesi.info