Gültəkin Hacıbəylinin Azərbaycana deportasiya edilməsi xəbəri yayıldı

  • By admin
  • 12 Fevral 2026 09:07

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya edildiyi bildirilir. 

 

Bu barədə Gununsesi.info-ya onun yaxınları deyib.

Məlumata görə,  o, bu gecə saatlarında Azərbaycana deportasiya olunsa da hüquq-mühafizə orqanları hələlik onu saxlamayıb.

Xatırladaq ki, təsdiqlənməmiş məlumata görə, sabiq deputatın da Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa cəlb olunduğu deyilirdi.

Bu səbəbdən o,  İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılırdı.

Həmin müddətdə onun Türkiyədən 5 illik deportasiya edilməsi barədə qərar çıxarılmışdı.

Gununsesi.info