16 yaşına çatmayan uşağın nişanlanması və ya evliliyə dair sövdələşməyə valideynlər cəzalandırılırmı?

  • By Admin2
  • 12 Fevral 2026 17:19

Baxmayaraq ki, qanunla cəzası var, hələ də erkən nikahların, ailə razılığı ilə qurulan izdivacların şahidi olmaq olur. 

Belə hadisələr zamanı ortaya bir çox suallar çıxır. 

Maraqlıdır, bəs erkən nikah, evliliyiə dair sövdələşmə olarsa, valideynləri hansı cəza gözləyir?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki,  2025-ci il iyulundan qüvvəyə minən Ailə Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən, 16 yaşına çatmayan şəxs barəsində nişan və ya evliliyə dair sövdələşməyə valideynlər və ya digər şəxslər inzibati məsuliyyətə cəlb olunur. Bu halda cərimə 500-1000 azn arasıdır. Protokol isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ya Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilir. Yaxşı olar ki, valideynlər bu cür əməllərdən çəkinsin”.

Orxan

Gununsesi.info