Kimdir günahkar: - Ailə, yoxsa məktəb?

  • By Admin2
  • 13 Fevral 2026 11:46

Hər dəfə ölkədə hansısa məktəbdə şagirdlərlə bağlı bir şey baş verən kimi günahkarlar axtarılır.

Ümumi olaraq cəmiyyət, fərdi olaraq isə ailə, valideynlər qınanılır.

Əlbəttə, hər şey özlüyündə bir səbəbdir. Fəqət günahı konkret olaraq ailədə axtarmaq doğrudurmu?

Tez-tez səslənən sözlərdən biri də budur ki, bəs tərbiyə verməyiblər, günahkar valideyndir. Sözsüz, tərbiyə vacib məsələdir, əsasdır, ancaq burada məktətin, pedaqoqların, psixoloqların rolu nədir bəs?

Sualı belə də qoymaq olar:

Bəlkə, valideyn yaxşı deyil, ata narkomandır, həbsdədir, ana da tətbiyə verə bilmir, yaxud da ailəsi yoxdur. Bu halda necə olmalıdır bəs? Məgər hamının ailəsi eynidirmi? Ailə tərbiyəsi görməyən uşaqların aqibəti necə olmalıdır? Onlar harada, nə öyrənməlidir?

Ata-anası omayan bir şagird hansısa əməl edəndə onu ittiham etmək lazımdırmı? Demək lazımdır ki, ata-anası yoxdur, ona görə belə oldu?

Məsələn, nədənsə, məktəb psixoloqları hər dəfə hansısa hadisə olanda yada düşür. Aydın olur ki, sən demə, belə bir adam var imiş və onun işi həm də uşaqlarla iş görmək imiş.

Heç kim emir ki, müəllim dərsi qoyub tərbiyə versin. Bu, onsuz da mümkün deyil. Ancaq mexanizm elə olmalıdır ki, şagird təhsil ocağında olduğunu görsün. Şagird həm də uşaqdır, o lap tərbiyəsiz də ola bilər. Məgər məktəb üzərinə düşən bütün işi gördü, tək problm ailə tərbiyəsidirmi?

Şagirdi tərbiyəsizlikdə ittiham etmək ən axrıncı iş olmalıdır.

Ancaq təəssüf ki, ən birinci  və elə axıra qədər bundan yapışırlar. Təbii ki, bu, həm də məktəbin məsuliyyətdən yayınma cəhdidir.

Orxan

Gununsesi.info