
Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd edən şəxs həm də özünü yandırmağa çalışıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Həmin görüntüləri təqdim edirik:
11:04
Xırdalanda intihar cəhdinin qarşısı alınıb.
Gununsesi.info xəbər verir ki, Bakı-Sumqayıt yolunda, Xırdalan qəbiristanlığının qarşısındakı yerüstü piyada keçidinə çıxaraq özünü atmaq istəyən gənc oğlan fikrindən daşındırılaraq körpüdən düşürülüb.
10:39
Xırdalanda bir nəfər intihara cəhd edir.
Gununsesi.info xəbər verir ki, şəxsiyyəti hələlik müəyyən olunmayan kişi özünü yerüstü keçidin üstündən atmaq istəyir.
Əldə etdiyimiz ilkin məlumata görə, həmin şəxs ailədaxili problemlərə görə bu əmələ əl atıb. Belə ki, iddiaya əsasən, o, bir müddət əvvəl həyat yoldaşından ayrılıb və bu səbəbdən azyaşlı övladını görə bilmir .
Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Şəxsi fikrindən daşındırmaq istiqamətində profilaktik tədbirlər görülür.
Gununsesi.info