Usta iş yerində yıxılıb öldü

Gəncədə usta iş yerində yıxılaraq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Ağır xəsarət alan 56 yaşlı Siyavuş Əsədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info