Azərbaycanlı həkimin Amerikadakı uğuru

Amerikada yaşayan əslən azərbaycanlı olan doktor, PhD Rauf Şahbazov bu gündən Nyu York ştatında yerləşən Albany Tibb Mərkəzində orqan transplantasiyası diviziyasının rəhbəri kimi fəaliyyətə başlayır.

Gununsesi.info bildirir ki, bu barədə ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkədə yazıb:

“Rauf doktoru Bakıdan tanıyıram. Öz üzərində dayanmadan çalışan həmyerlimizlə fəxr edirəm. Rauf bəy, həm də diaspor fəaliyyətində də icmamız üçün var qüvvəsi ilə çalışır. Azərbaycan adını hər yerdə yüksək tutan PhD doktorun yeni təyinatı barədə Albany Tibb Mərkəzinin vebsaytında da informasiya yerləşdirilib. Bioqrafiyasını oxuyanda insanın içi fərahlanır. Oxuyun, siz də sevinəcəksiz. Rauf doktor, enerjiniz tükənməsin”.

Dr. Rauf Shahbazov Named Chief of Transplant Surgery at Albany Medical Center

Şəbnəm
Gununsesi.info