“Microsoft” şirkətinin sahibi Bill Qeyts və həyat yoldaşı Melindaya məxsus “Bill & Melinda Gates Foundation” xeyriyyə fondu koronavirusa qarşı mübarizə tədbirləri üçün tezliklə 100 milyon ABŞ dolları ayıracaq.
Gununsesi.org “Report” a istinadən xəbər verir ki, məbləğin 20 milyonu koronavirusun aşkarlandığı insanları daha tez müəyyənləşdirməyə və müalicə etməyə sərf olunacaq.
Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-dakı xəstəliklərə nəzarət və profilaktika mərkəzləri kimi aidiyyəti qurumlara, Çinin və təsdiqlənmiş yoluxma hallarının qeydə alındığı başqa ölkələrin səhiyyə idarələrinə də vəsait göndəriləcəyi bildirilir.
COMMENTS