Gürcüstan böyük maliyyə piramidasının təşkilatçısını Qazaxıstana ekstradisiya edib

“Plus Capital” maliyyə piramidasının təşkilində şübhəli bilinən şəxs Gürcüstandan Qazaxıstana ekstradisiya edilib.

Gununsesi.info xəbər verir ki,  bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Onun yaratdığı cinayətkar qrup 2020-ci ildə Manqistau vilayətində “Plus Capital” maliyyə piramidasını təşkil edərək 600-dən çox investorun ümumi məbləği 3 milyard tengedən (təxminən 6,8 milyon dollar) çox olan vəsaitlərini və daşınmaz əmlakını qanunsuz olaraq mənimsəyib”- deyə bildirilib.

Məlumata əsasən bu cinayətkar dəstənin bəzi üzvləri artıq məhkum olunublar və təşkilatçılar yoxa çıxıb. Bundan əvvəl o, beynəlxalq axtarışa da verilmişdi.

O, 2023-cü ilin noyabrında Gürcüstan ərazisində saxlanılıb. Hazırda şübhəli şəxs Aktau şəhərinin istintaq təcridxanasındadır.

Qeyde edək ki, Qazaxıstanda onu əmlakı müsadirə olunmaqla və müəyyən vəzifə tutmaq hüququndan ömürlük məhrum edilməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

 

Gununsesi.info