DİN-dən metrodakı yoxlamalarla bağlı açıqlama -ELŞAD HACIYEV DEYİR Kİ…

Daxili İşlər Nazirliyi Gununsesi.info-nun Bakı Metropoliteninə girişdə vətəndaşların şəxsiyyət vəsiqəsinin yoxlanılması barədə xəbərinə münasibət bildirib.

Qeyd edək ki, son bir neçə gündə Bakı Metropoliteninin xidmətindən istifadə edən sərnişinlərin şəxsiyyət vəsiqələri xüsusi planşetlər vasitəsilə yoxlanılır və onların bəziləri stansiyaya buraxılmır.

Saytımızda açıqlamasında isə Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məsələ ilə bağlı bunları deyib:

“Hal-hazırda bəzi stansiyalarda epidemioloji vəziyyətə uyğun olaraq müvafiq dövlət qurumundan daxil olan müraciətlər əsasında yoxlamalar aparılır.  Aparılan yoxlamalar aktiv koronovirus xəstələri ilə bağlıdır. Aparılan yoxlamalar bütün metrostansiyalara aid deyil və hər zaman da keçirilmir. Son iki üç gündə bir neçə stansiyada olub. Həftədə bir- iki dəfə aktiv koronovirus xəstəsinin əraziyə daxil olması ilə bağlı məlumat daxil olduqda metrostansiyalarda xidmət aparan polis əməkdaşlarına müvafiq göstərişlər əsasında bildirilir ki, həmin koronovirus xəstəsi metrolara buraxılmasın, aidiyyəti üzrə təhvil verilsin”.

 

Şəbnəm

Gununsesi.info