
İlon Mask sahib olduğu elektrikli avtomobil şirkəti “Tesla”nın səhmlərinin 9,7 % düşməsindən sonra cümə axşamı günü 20,3 milyard dollar itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Maskın sərvəti 234,4 milyard dollaradək azalıb.
Tesla səhmlərinin ucuzlaşmasına səbəb sahibkarın açıqlaması olub. O deyib ki, kompaniya öz məhsullarının qiymətlərini aşağı salmağa davam etmək məcburiyyətində qala bilər.
Buna baxmayaraq, amerikalı biznesmen dünyanın ən zəngin insanı qalmaqda davam edir. Onun sərvəti reytinqdə 2-ci olan “Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun sahibi Bernar Arnodan 33 milyard dollar daha çoxdur.
Gununsesi.info