
Atıcılıq idmanı üzrə dünyada son beş ilin ən böyük hadisəsi Bakıda davam edir.
Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, dünya çempionatının bugünkü final yarışları 25 metr məsafəyə tapançadan atəş üzrə qadınların mübarizəsi ilə başlayıb.
Yarışın qızıl medalına 40 xalla Almaniya təmsilçisi Doren Vennekamp sahiblənib.
Ukrayna yığması dünya çempionatında ilk medalını əldə edib. Ukraynalı Olena Kosteviç 31 xalla öz komandasına gümüş medal qazandırıb.
25 xalla bürünc medala yiyələnən Latviya atleti Aqate Rasmane komandasının bu dünya çempionatında ilk uğuruna səbəb olub.
Bu yarışda finala düşmüş Latviya, Tailand, Cənubi Koreya və Çin Taypeyi komandasının üzvləri öz ölkələrinə “Paris-2024” Yay Olimpiadasında iştiraka lisenziya qazandırıblar.