
Şri Lankada hərbi təyyarə qəzaya uğrayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 2 pilot ölüb.
Qəzaya uğrayan hərbi tədris təyyarəsin Şri Lanka Hava Qüvvələrinə aiddir.
Uçuş edərkən yaşanan faciədən sonra ölən pilotların cəsədləri tapılıb.
Şri Lanka Hava Qüvvvələri Qurumunun sözcüsü Duşan Vijesinqe açıqlamasında tədris təyyarəsinin Çin istehsalı “PT-6” tiplo olduğunu bildirib.
Əsgəri tədris təyyarəsi paytaxt Kolombo şəhərinin şimal şərqindəki liman şəhəri Trinkomaledən havalandıqdan sonra qəzaya düşüb.
Sözcü Vijesinqe qəza ilə bağlı detallı bilgi verməyib. Olayı araşdırmaq üçün özəl bir komitənin qurulduğunu söyləyib.
Tərcümə: Arzu