Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var

Bakının Suraxanı rayonunda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, qəza zamanı 1996-cı il təvəllüdlü Elvin Bəhrəm oğlu Əliyev və 1993-cü il təvəllüdlü Elman Elxan oğlu Nəcəfov xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info