Xabarovskda sürücü avtomobili hərəkətdə olan qatara çırpdı - VİDEO

Rusiyanın Xabarovsk diyarında sürücü idarə etdiyi avtomobili qəsdən hərəkətdə olan qatara çırpıb.

Yol polisi qaydanı pozan sürücünü təqib etdiyi üçün hadisə yerinə əlavə polis çağırılmasına ehtiyac qalmayıb.

Bu qeyri-adi hadisə Amurskda müşahidə kamerası tərəfindən qeydə alınıb. Görüntülərə görə, sürücü ciddi xəsarət almayıb. O, yol polisi tərəfindən saxlanılıb.

Hazırda hadisənin təfərrüatı araşdırılır.