
Rusiya Mariupola 300.000 vətəndaş yerləşdirməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat verib.
Məlumata görə, bu plan 2035-ci ilə qədər həyata keçirilməlidir. Demoqrafik dəyişikliyə çalışan Kreml Mariupola sadə vətəndaşlarla yanaşı, dövlət qulluqçularını da köçürür.
Eyni zamanda, Mariupolun yerli sakinləri məcburi şəkildə Rusiya ərazisinə deportasiya edilir.
Şəbnəm
Gununsesi.info