
Vyetnamın şimalındakı Ha Giang əyalətində davam edən leysan yağışlar nəticəsində baş verən daşqın və torpaq sürüşmələri üç nəfərin həyatına son qoyub.
Gununsesi.info “Vietnamnews”a istinadən verdiyi məlumata görə, Ha Giang şəhərində 130-dan çox avtomobil su altında qalıb.
İlkin hesablamalara görə dəymiş ziyanın dəyəri təxminən 19,5 milyard VNĐ (769,000 ABŞ dolları) təşkil edir.
Gununsesi.info