
İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin edilib, növbəti prosesin vaxtı məlum olub.
Gununsesi.info-nun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək prosesə Rafiq Cəfərov sədrlik edəcək.
Digər hakimlər isə Əlzamin Abdullayev və Salman Hüseynov olacaq.
Növbəti məhkəmə mayın 22-nə təyin olunub.
Qeyd edək ki, məhkəmə prosesi bir müddət idi öncəki hakim Teyyub Muxtarovun təyinatı ilə bağlı təxirə salınmışdı.
Gununsesi.info