XİN:“Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş “parlament seçkiləri”ni tanımırıq”

  • By ilhame
  • 09 İyun 2024 15:06

Azərbaycan Xaruici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”nə dair bəyanat yayıb.

 

Gununsesi.info xəbər verir ki, bəyanatda deyilir:

 

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır”.

Gununsesi.info