SOCAR-ın Azərbaycanda və xarici ölkələrdə yanacaqdoldurma məntəqələrinin sayı açıqlanıb

  • By ilhame
  • 10 İyun 2024 13:55

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) indiyədək Azərbaycanda və xarici ölkələrdə “SOCAR” brendi ilə 601 yanacaqdoldurma məntəqəsi açıb.

 

Gununsesi.info-ya bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

 

“Azərbaycanda SOCAR-ın 60 yanacaqdoldurma məntəqəsi və 13 neft bazası var. Qalan 541 yanacaqdoldurma məntəqəsi isə 6 ölkədə fəaliyyət göstərir”, – şirkətin məlumatında qeyd edilib.

 

Eyni zamanda, Gürcüstanda “SOCAR” brendi ilə 107 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir və onlardan 15-də elektromobillər üçün enerji doldurma məntəqələri var. Şirkət Türkiyədə 14, Ukraynada 56, Rumıniyada 75 yanacaqdoldurma məntəqəsi açıb.

 

İsveçrə və Avstriyada “SOCAR” brendi altında 289 yanacaqdoldurma məntəqəsi və 8 elektromobil enerji doldurma məntəqəsi fəaliyyət göstərir.

Gununsesi.info