Vüqar Şirinli paralimpiya çempionu oldu – 3-cü qızıl

Azərbaycan idmançıları Tokio-2020 Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalı qazanıblar.

Gununsesi.info xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən paracüdoçu Vüqar Şirinli qazaxıstanlı Anuar Sarıyevlə final görüşünə çıxıb. Rəqibinə qalib gələn V.Şirinli qızıl medal qazanıb.

Qeyd edək ki, bundan əvvəl paracüdoçu Şəhanə Hacıyeva və üzgüçü Raman Saleh paralimpiya çempionu olub.