
“Sabah bizi çətin oyun gözləyir. İlk matçda rəqibə 3 qol vurmuşuqsa, burada da bunu bacara bilərik. Buraya məğlub olmağa gəlməmişik. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, Bakıya qələbə ilə qayıtmaq istəyirik”.Bunu “Neftçi”nin futbolçusu Harramiz Soareş İsraildə “Makkabi” (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.
Gununsesi. info