
Bu gün Tokio Olimpiadasında Azərbaycana iki gümüş medal qazandıran karate millimizin üzvləri Bakıya qayıdıb.
Gununsesi.info-nun xəbərinə görə, Heydər Əliyev Hava Limanında karateçiləri çoxlu sayda azarkeşlər, karate ictimaiyyətinin nümayəndələri qarşılayıb.
Qeyd edək ki, Rafael Ağayev (-75 kq) və İrina Zaretskaya (+61 kq) gümüş medal qazanıblar.
Gununsesi.info