Paşinyan: “Türkiyədən bölgədə sülhün bərqərar olması üçün bəzi müsbət siqnallar almışıq”

“Ermənistan Türkiyədən bölgədə sülhün bərqərar olması üçün bəzi müsbət siqnallar alıb”

Gununsesi.info xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında çıxışı zamanı bildirib.

“Regionda sülhün bərqərar olması məsələsinə gəldikdə, deməliyəm ki, biz Türkiyədən bəzi müsbət siqnallar almışıq. Biz bu siqnalları qiymətləndirəcəyik, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəyik”, – deyə N.Paşinyan bildirib.