Vitse-spiker Ukraynaya səfərə gedir

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün avqustun 24-də ölkənin paytaxtı Kiyev şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, tədbirlərdə müxtəlif ölkələrin və bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edəcəklər.

Səfər avqustun 25-də başa çatacaq.